Menu

Polis əməliyyatı: Bakıya giriş bağlanır

16.02.2015, 22:19
Polis əməliyyatı: Bakıya giriş bağlanır

Bir neçə gündür ki, Baş Dövlət Yol Polisi İdarəsi “Xırdalan postu” kimi tanınan Ekologiya Postunda əməliyyat keçirir. Hadisə şahidlərinin verdiyi məlumata görə, əməliyyatlar əsasən gecə saat 00.00-dan sonra başlayır və bir neçə saat davam edir. Əməliyyat zamanı Bakı şəhərinə daxil olan bütün avtomobillər bir-bir yoxlanılır. Bunun nəticəsində paytaxtın girişində böyük tıxac müşahidə edilir.

Yoxlamaların hansı məqsədlə aparıldığı isə açıqlanmır.

Baş Dövlət Yol Polisi İdarəsindən avtolent.az-a Ekologiya Postunda həyata keçirilən əməliyyat barədə şərh vermək istəməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol