Menu

Ukraynada keçmiş hakim partiyanın fraksiya rəhbəri tutuldu

16.02.2015, 23:46
Ukraynada keçmiş hakim partiyanın fraksiya rəhbəri tutuldu

Ukrayna Regionlar Partiyasının Ali Radadakı keçmiş fraksiya rəhbəri Aleksandr Yefremov həbs edilib. Musavat.com "İnterfaks"a istinadən xəbər verir ki, Kiyev məhkəməsi Baş Prokurorluğun təqdimatı əsasında onun barəsində həbs qərarı çıxarıb. O, həbs-qətimkan tədbirinin dəyişdirilməsi qarşılığında 3,6 milyon qriven girov qoymalıdır.

Yevremovun özü barəsindəki ittihamları uydurma adlandırıb. Onun sözlərinə görə, girov üçün tələb olunan məbləğ yoxdur.

Yefremov fevralın 14-də saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol