Menu

Bakıda polisin üzünü şüşə ilə kəsdilər

17.02.2015, 12:04
Bakıda polisin üzünü şüşə ilə kəsdilər

Bakıda iki qardaş xidməti vəzifəsini yerinə yetirən polisə hücum edib. Hadisə bir neçə gün öncə saat 23:30 radələrində Salamzadə küçəsi 16-da yerləşən "Miraj" kafesində baş verib.

Gədəbəy rayon sakinləri - 1990-cı il təvəllüdlü Zamin Məmmədov və qardaşı, 1992-ci il təvəllüdlü Zaməddin ictimai qaydanı pozduğu üçün həmin vaxt xidmətdə olan DİN-in Çevik Polis Alayının polis serjantı, 1984-cü il təvəllüdlü Zaur Vəliyev tərəfindən intizama dəvət edilib.

Qardaşlar polisə müqavimət göstərib, Zaməddin Məmmədov şüşə parçası ilə Z.Vəliyevin sifətini kəsib. Məmmədov qardaşları saxlanılıb. Onların hadisə vaxtı sərxoş olduqları müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol