Avro Bölgəsi maliyyə nazirlərinin dünənki danışıqlarda bir nəticə əldə edilə bilinməməsindən sonra, Commerzbank AG-yə görə, Yunanıstanın avrodan çıxması riski 50%-ə yüksəlib.
Dünən Brüsseldə keçirilmiş danışıqlar, Yunanıstanın mövcud xilasetmə proqramını davam etdirməsi istiqamətindəki tələbləri rədd etməsi ilə dayanıb. Hollandiyanın maliyyə naziri və eyni zamanda Avro Bölgəsi maliyyə nazirlərinə liderlik edən Jeroen Dijsselbloem, toplantıya fasilə verərək Yunanıstanın fikir dəyişdirməsi vəziyyətində Cümə günü yenidən bir araya gələ biləcəklərini deyib.
Dijsselbloem bu gün səhər verdiyi açıqlamada, "Ümid edirəm ki, proqramın uzadılmasını tələb edəcəklər. Bu, həqiqətən, onlara qalmış bir vəziyyətdir, biz təklif edib zorla bunu edə bilmərik. Birlikdə işləməyə hazır bir şəkildə gözləyirik" deyib.
Yunanıstanın mövcud xilasetmə paketi Fevral ayının sonunda başa çatacaq. O vaxta qədər bir razılıq əldə olunmaması, Yunanıstanın avrodan çıxmasına səbəb ola bilər.
Yunanıstanda üç illik istiqrazın faizi 242 bənd artaraq Afina saatı ilə 10:16-da 19.995 faiz olub. Avro isə Dollar qarşısında 1.1349-dadır.
Commerzbank tərəfindən yayımlanan bir məlumatda Yunanıstanın avrodan çıxması ehtimalının 25%-dən 50%-ə yüksəldiyi qeyd edilib. "Avro Bölgəsinin maliyyə nazirlərinin Yunanıstan ilə yeni müqavilə bağlaya bilməməsi, ölkənin avro üzvlüyündən çıxması ehtimalını artırır".
Yunanıstanın maliyyə naziri Yanis Varoufakis, borc müzakirələrində Avro Bölgəsi ilə fikir ayrılığına baxmayaraq, orta səviyyəli bir avropalı üçün ən yaxşı nəticəyə gəlmək üçün danışıqlara davam edəcəklərini söyləyib.


Şərhlər