Menu

NATO-dan atəşkəs açıqlaması

17.02.2015, 18:27

NATONATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, general Filipp Bridlav qondarma Donetsk Xalq Respublikasının liderlərini atəşkəsi pozmaqda ittiham edib.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, özünün twitter səhifəsində yazıb.

“Ukraynadakı situasiya ilə bağlı narahatlığımı bildirirəm. Çünki separatçılar Debaltsovada atəşkəs rejimini pozurlar”, - deyə general qeyd edib. Onun sözlərinə görə, separatçılar həmçinin, ATƏT müşahidəçilərinin bölgəyə girişini əngəlləyirlər.

Qeyd edək ki, az öncə qondarma qurumun başçıları şəhərin 2/3-nə nəzarəti ələ keçirdiyini bəyan ediblər.

Tərəflər arasında atəşkəs rejimi rəsmən fevralın 15-i, saat 00:00-dan qüvvəyə minib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol