Menu

Jurnalistin qətli ilə bağlı ibtidai istintaq bərpa edilib

17.02.2015, 18:44

Ukrayna bayragi 01Ukrayna baş prokuroru Viktor Şokin jurnalist Georgi Qonqadzenin qətli ilə bağlı ibtidai istintaqın bərpa edilməsi haqda qərar qəbul edib. APA-nın Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq qərara əsasən, istintaq qrupu və prokurorlardan ibarət qrup yaradılıb.

Həmin qruplara 2002-ci ildən G. Qonqadzenin qəsdən öldürülməsi ilə faktı ilə bağlı cinayət işi araşdıran prokurorluq əməkdaşları daxil olacaqlar.

Yeni yaradılmış qruplar birbaşa baş prokurora tabe olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol