Menu

Azərbaycan nefti ucuzlaşıb

18.02.2015, 10:22

27718783-digital-illustration-of-oil-pump-jack-and-growth-graph-with-dollars“AzPolitika.info”nun məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0,38 dollar azalaraq 62,15 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar azalaraq 53,17 dollar

Fevralın 17-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 64,03 dollara satılıb. Bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib. Məlumata görə, bu, fevralın 16-da qeydə alınmış qiymətdən 0,5 dollar azdır. Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol