Menu

Rusiya quru qoşunlarının komandan müavini Ukraynada - Video

18.02.2015, 15:31
Rusiya quru qoşunlarının komandan müavini Ukraynada - Video

Rusiya Quru Qoşunlarının komandan müavini, general-leytenant Aleksandr Lentsov Ukraynanın şərqindəki Debaltsovo şəhərində görünüb. Virtualaz.org saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Lentsov Rusiya KİV-lərinin Debaltsovoda əsir düşən Ukrayna hərbçiləri haqda hazırladıqları videosüjetdə “Donetsk xalq milisinin bölmələrindən birinin komandiri” adı ilə yer alır. Onun yanında “Donetsk xalq milisinin komandan müavini, polkovnik Kiselyov V.V.” dayanıb.

Videosüjetdə general Lentsov rusiyalı jurnalistlərə danışır ki, Ukrayna hərbçiləri mühasirəyə düşdükləri üçün təslim olurlar. Çünki öz hökumətləri və komandanlıqları onları taleyin ümidinə buraxıb. Lentsovun formasında Rusiya ordusunun şevronları yoxdur, o, digər yaraqlılar kimi adi kamuflyaj və qulaqlı kepka geyinib. Lentsov videonun 10-cu dəqiqəsində önə çıxır.

Aleksandr Lentsov 2013-cü il iyulun 31-də Rusiya quru qoşunlarının komandan müavini təyin edilib. O vaxta qədər Rusiyanın hava-desant qoşunlarının komandan müavini olub. Ukrayna KİV-lərinin xəbərlərinə görə Lentsov Donbasa hələ ötən il sentyabrın 26-da ezam olunub. O, Minsk razılaşmasının yerinə yetirilməsini təmin etmək adı altında göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol