Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub. Məlumatı “Kəpəz” televiziyası yayıb.
Hadisə Goranboy rayonunun Səfıkürd kəndində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər Bəhruz Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edərək, orada operator işləyən Elnur Bağırova hədə-qorxu gəlməklə ondan 500 manat pul alıblar.
Zərərçəkmişin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis həmin hadisəni törətməkdə şübhəli bilinən Goranboy sakini Rövşən Məmmədlini saxlayıb.
Faktla bağlı istintaq işi aparılır.


Şərhlər