Menu

Azərbaycana gətirilən avtomobillərin sayı azalıb

18.02.2015, 17:09

1327825492_masinBu ilin yanvar ayında Azərbaycana 4 090 ədəd avtomobil idxal olunub. “APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 387 avtomobil və ya 36,8% azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 66 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 870 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 146 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 8 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol