Menu

Hava limanında reyslər bərpa edilib

18.02.2015, 19:50
Hava limanında reyslər bərpa edilib

Fevralın 18-də 3 saatlıq fasilədən sonra İstanbul hava limanında reyslər bərpa edilib.

İstanbula güclü qar yağdığına görə uçuşlar təxirə salınmışdı.

Türk Hava Yolları Şirkəti buna görə fevralın 18-19-a nəzərdə tutulan 200 reysi təxirə salmışdı.

Həmçinin qara görə ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb.

Bundan başqa çovğuna görə Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol