Menu

"Azercell"-in prezidenti baş nazir oldu

18.02.2015, 21:25
"Azercell"-in prezidenti baş nazir oldu

Moldova Parlamenti Kirill Qaburiçin Baş nazir vəzifəsinə namizədliyini təsdiq edib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, parlament yeni Baş nazirin təqdim etdiyi proqramı və hökumətin yeni tərkibini də təsdiq edib.

Qeyd edək ki, iqtidar koalisiyasına daxil olan Liberal-Demokratlar Partiyası bundan əvvəl Prezident Nikola Timoftiyə Baş nazir vəzifəsinə K.Qaburiçin namizədliyini təqdim etmişdi.

Xatırladaq ki, 38 yaşlı K.Qaburiç 2012-2014-cü illərdə Azərbaycanda “Azercell” şirkətinin prezidenti olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol