Menu

Azərbaycan nefti bahalaşıb

19.02.2015, 10:53

oil neft Middle-East-oil-and-gas-industry-needs-securing"AzPolitika.info"nun məlumatına görə, fevralın 18-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barreli 64,14 dollara satılıb.

Bu barədə Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən məlumat verilib.

Məlumata görə, bu, fevralın 17-da qeydə alınmış qiymətdən 0,11 dollar çoxdur. Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsində neftin 1 barrelinin qiyməti 90 dollar götürülüb.

Hazırda London birjasında “Brent” markalı neftin qiyməti 1,06 dollar ucuzlaşaraq 59.47 dollar təşkil edir.

WTİ markalı neftin bir bareli isə 1, 59 dollar ucuzlaşaraq 50.55 dollara düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol