Menu

Heydər Əliyev prospekti bağlanmadı

19.02.2015, 11:16
Heydər Əliyev prospekti bağlanmadı

Heydər Əliyev prospektində planlaşdırılan təmir işləri təxirə salınıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, “Azəryolservis” ASC-dən bildirilib ki, Heydər Əliyev prospekti köməkçi yol- Mərkəzdən Hava limanı istiqamətində Bağırov körpüsünün alt hissəsində tuneldə aparılan təmir-bərpa işləri nəqliyyat vasitələrinin hərəkətində yarana biləcək sıxlığı nəzərə alaraq həftəsonuna təxirə salınıb. Hal-hazırda yolda nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol