Menu

Poçtdan seyf oğurladılar, o da boş çıxdı...

19.02.2015, 15:05
Poçtdan seyf oğurladılar, o da boş çıxdı...

Zaqatalada poçtdan oğurluq etmiş 3 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən "Trend"-ə verilən məlumata görə, fevralın 17-də Muxax kənd poçtundan 1 ədəd seyf oğurlanıb.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş kənd sakinləri Fərqan Əliyev, Samir Əhmədov və Elnur Rəcəbov tutulublar.

Maraqlısı odur ki, oğrular seyfi açdıqdan sonra onun boş olduğunu görüblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol