Menu

Dəniz Baykal qayıdır

19.02.2015, 16:28

deniz-baykal-koske-aday-olacak-mi-17994Türkiyənin əsas müxalifəti Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykal bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürüb. "Trend" "Anadolu" agentliyinə istinadən bildirir ki, D.Baykalın namizədliyi rəsmən qeydə alınıb.

Qeyd edək ki, D.Baykal 2010-cu il mayın 10-da şəxsi həyatını əks etdirən videogörüntülərin internetə sızmasından sonra istefa vermişdi.

Türkiyədə parlament seçkilərində 31 siyasi partiya təmsil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol