Menu

ABŞ-dan  Rusiyaya qarşı yeni sanksiyalar - Xəbərdarlıq

20.02.2015, 10:14

rusiya sanksiya“Minsk razılaşmalarına əməl etməsələr, Rusiyanı və onun dəstəklədiyi separatçıları yeni sanksiyalar gözləyir”. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib. O bildirib ki, ABŞ Debaltsevo və Mariupol ətrafında separatçıların hücumlarını pisləyir. C. Psaki Rusiyanı separatçılara göndərdiyi silah və canlı qüvvə dəstəyini dayandırmağa çağırıb.

Dövlət Departamentinin nümayəndəsi hələlik Ukraynaya silah verilməsi barədə qərar qəbul olunmadığını da əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol