Menu

Bakı sakini 10 kq-dan çox narkotiklə yaxalandı

20.02.2015, 10:50
Bakı sakini 10 kq-dan çox narkotiklə yaxalandı

Bakı sakinindən 10 kq-dan çox narkotik maddə götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi Narkotiklə Mübarizə bölməsi və 28-ci Polis bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Oktay Qurbanəli oğlu Eyvazovdan 10 kiloqram 500 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol