Menu

Prezidentin qızına qarşı sui-qəsdin üstü açıldı

20.02.2015, 11:22
Prezidentin qızına qarşı sui-qəsdin üstü açıldı

Türkiyə prezidentinin qızı Süməyyə Ərdoğana qarşı hazırlanan sui-qəsd planının üstü açılıb. "Trend" xəbər verir ki, bu barədə "Sabah" qəzeti ölkə kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Sui-qəsdin iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində həyata keçirilməsi planlaşdırılırmış.

Bir müddət əvvəl S.Ərdoğanın parlament seçkilərində iştirak edəcəyi barədə məlumat verilmişdi.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qızına sui-qəsd hazırda ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin tərəfdarları tərəfindən planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol