Menu

Gülən Ərdoğanın qızını öldürməyi tapşırıb- ABŞ-dan xüsusi qatil tutulub

20.02.2015, 12:50
Gülən Ərdoğanın qızını öldürməyi tapşırıb- ABŞ-dan xüsusi qatil tutulub

Fətulla Gülənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyya üçün ölüm əmri verməsi xəbəri yayılıb. Belə bir iddia ilə Türkiyə prezidentinə yaxınlığı ilə tanınan “Sabah” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, kəşfiyyat orqanları Gülənin adamı olan Emre Uslu adlı şəxslə CHP-nin gizli ittifaqını üzə çıxarıb. Məlum olub ki, parlament seçkilərində Ərdoğanın fikrini yayındırmaq məqsədi ilə qızına qarşı sui-qəsd törətmək planlaşdırılıb. Sümeyyanın öldürmək üçün ABŞ-dan xüsusi qatilin tutulduğu da iddia edilir. CHP ilə tvitter vasitəsilə əlaqə quran həmin şəxsin seçkiləri qazandıqları halda istədikləri qədər pulla təmin ediləcəklərinin vədini verdiyi, həmçinin “İsrail, ABŞ-ın qarşısında yalançı durumuna düşməyək” dediyi məlum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol