Menu

Türk Hava Yolları uçuşları ləğv edir

20.02.2015, 14:37
Türk Hava Yolları uçuşları ləğv edir

Fevralın 20-də "Türk Hava Yolları” aviaşirkətinin ləğv etdiyi daxili və beynəlxalq reyslərin sayı 68-ə çatıb. Bu barədə Trend cümə günü Anadolu agentliyinə istinadən xəbər verir.

Uçuşların təxirə salınmasına səbəb İstanbulda yağan güclü qar olub.

Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar təqribən 800-dən çox daxili və beynəlxalq aviareys təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol