2014-cü ildə Azərbaycanda sürücülük hüququ qazanmış şəxslərin sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən avtolent.az-a verilən məlumata görə, Baş idarənin əməkdaşları tərəfindən 2014-cü il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 56.308 avtomobil ilkin qeydiyyata alınıb, 75 min 969 nəfərə ilkin sürücülük vəsiqəsi verilib.


Şərhlər