Menu

Çavuşoğlu Azərbaycana gəlir

20.02.2015, 17:18
Çavuşoğlu Azərbaycana gəlir

Türkiyə xarici işlər naziri 25-26 fevral tarixlərində Bakıda olacaq

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycana səfər edəcək. ANS PRESS-in məlumatına görə, Mevlüt Çavuşoğlu Azərbaycana rəsmi bir ziyarət reallaşdıracaq.

Türkiyə XİN-dən bildirilib ki, nazir Çavuşoğlu Türkiyə ilə Azərbaycan arasında mütəmadi olaraq həyata keçirilən yüksək səviyyəli səfərlər çərçivəsində, 25-26 fevral 2015-ci il tarixlərində Azərbaycanda rəsmi təmaslarda olacaq.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun səfəri zamanı keçiriləcək görüşlərdə, Türkiyə-Azərbaycan əlaqələrinin gündəmində yer alan mövzular və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Bununla yanaşı, regional və beynəlxalq məsələlər də əhatəli şəkildə gözdən keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol