Menu

Rusiyanın eks-maliyyə naziri: “Neft qəfil 20 dollara düşə bilər...”

21.02.2015, 15:29
Rusiyanın eks-maliyyə naziri: “Neft qəfil 20 dollara düşə bilər...”

Neft qısa müddətə 20 dollara düşə bilər. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin bildirib.

Onun sözlərinə görə, neftin hazırda 60 dollar ətrafında qərarlaşan qiyməti heç nə demir, “qiymət qalxa da bilər, enə də”.

İqtisadçının fikrincə, neftin ucuzlaşmasına təzyiq edən çoxlu faktorlar var. “Dünyada bir neçə il yeni qiymətlərə öyrəşmə gedəcək. Yalnız bundan sonra hamı qiymət məsələsində hansı uzunmüddətli göstəricidən istifadə eləməyin mümkün olduğunu müəyyən edəcək” - əlavə edib iqtisadçı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol