O, Şanlıurfa üzrə millət vəkili ola bilər
Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkisində iştirak edən namizədlər arasında təəccübləndirici adlar da var. ANS PRESS-in məlumatına görə, bunlardan biri türkiyəli məşhur müğənni İbrahim Tatlısəsdir.
Hazırda ABŞ-da müalicə kursu keçən və yeni əməliyyata hazırlaşan tanınmış türküçünün namizədliyi qəbul ediləcəyi təqdirdə o, AKP-nin Şanlıurfa üzrə millət vəkili olacaq.
Bu barədə Şanlıurfanın AKP nümayəndəliyinin sədri Zeynal Abidin Bəyazgül yazılı açıqlama yayıb.
Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb.


Şərhlər