Menu

“Embavud” yanır - 3 rayon səfərbər olundu

22.02.2015, 12:30
“Embavud” yanır - 3 rayon səfərbər olundu

Masallıda güclü yanğın hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə fevralın 21-də saat 23.00-da “Embawood” mebel istehsalı fabrikinə məxsus anbarda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi göndərilib.

Lakin yanğın şiddətləndiyindən və əhatə dairəsi getdikcə genişləndiyindən qonşu Lənkəran, Cəlilabad, Biləsuvar rayonlarından, həmçinin Göytəpə şəhərindən hadisə yerinə əlavə olaraq yanğınsöndürən briqadalar cəlb edilib.

Yanğını lokallaşdırmaq hələlik mümkün olmayıb.

Yanğının böyük bir ərazini əhatə etdiyi və müəssisəyə xeyli ziyanın dəydiyi bildirilir.

FHN də hadisə barədə məlumat yayıb. Nazirlikdən verilən məlumatda bildirilir ki, Masallı şəhərində “Embawood” mebel istehsalı fabrikinə məxsus anbarda yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol