Rusiya sanksiyalara baxmayaraq 2015-ci ildə 15 milyard dollar həcmində silah ixrac etməyə hazırlaşır. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Rosoboroneksport”un bu ilə planı belədir.“Bu plan sözsüz ki, yerinə yetiriləcək” – deyib şirkətin baş direktoru Anatoli İsaykin.
“Biz hərbi təyinatlı məhsulların çatdırılması ilə bağlı ötən ilin göstəricilərinə artıqlaması ilə nail olmuşuq. Bu ilki proqramı da həyata keçirəcəyik”, - deyə baş direktor əminliklə qeyd edib.
O, silahların əsasən Yaxın və Orta Şərq ölkələrinə satılacağına söyləyib. Hindistan, Çin, Latın Amerikası və Afrika ölkələri də Kreml üçün əsas silah bazarları qismindədir.


Şərhlər