Menu

DİN intihar edən polislə bağlı məlumat yaydı

23.02.2015, 13:24
DİN intihar edən polislə bağlı məlumat yaydı

Daxili işlər Nazirliyi polis baş serjantının intiharı ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev “Makarov” markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb.

Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol