Azərbaycanda işgüzar kütlə manatın ucuzlaşması ilə əlaqədar olaraq pullarını xaricdə və Bakıda əmlaka yatırmağa başlayıblar. “Marja”nın iş dünyasından əldə etdiyi məlumata görə, biznesmenlər pullarını daşınmaz əmlaka yatırmağa başlayıblar.
“İşgüzar kütlə heç vaxt əlində pul saxlamır. Pullarını dollara çevirən iş adamları vəsitlərini ölkədən çıxardaraq real iqtisadiyyata yatırırlar. Xaricdə pullar əsasən daşınmaz əmlaka yatırılır. Ölkəmizdə də daşınmaz əmlak alanlar çoxalıb. Son günlər pul köçürmə sistemləri ilə köçürülən pullar artdığından xidmət haqları da qaldırılıb”,- mənbə bildirib.
Qeyd edək ki, Manatın kəskin ucuzlaşması daşınmaz əmlak bazarında da öz güclü təsirini göstərməyə başlayıb. Mənzillərin manatla qiymətləri orta hesabla 25% artıb. Maklerlər bildiriblər ki, ev, mənzil almaq istəyənlər qəfildən çoxalıb, lakin satanlar qiymətləri dollara çeviriblər və nəticədə 20-30%-lik bahalaşma əmələ gəlib.


Şərhlər