“əl-Cəzirə” telekanalı yaxın bir neçə gündə dünyanın müxtəlif xüsusi xidmət orqanlarının məxfi sənədlərinin dərcinə başlayacaq. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi məlumata görə, bu barədə telekanalın saytındakı xəbərdə deyilir.
Sənədlərin dərci “əl-Cəzirə”nin Britaniyanın “Guardian” qəzeti ilə həmmüəllif olduğu “The Spy Cables” layihəsi çərçivəsində həyata keçiriləcək.
Sənədlər 2006-2014-cü illəri əhatə edəcək. Bəzi sənədlər açıqlanmazdan öncə redaktəyə məruz qoyulacaq ki, oradakı agentlərin adı açıqlanmasın.
Layihə çərçivəsində məxfi sənədləri faş ediləcək xüsusi xidmət orqanları arasında İsrailin “Mossad”ı, İngiltərənin Mİ 6-sı, Rusiyanın FSB-si (FTX), Avstraliyanın ASİO-su da var.


Şərhlər