Fransanın müsəlman liderləri plkənin əsas yəhudi təşkilatı tərəfindən təşkil olunan illik nahara getməkdən imtina ediblər. Musavat.com xəbər verir ki, məlumatı MİGNews yayıb. Bu tədbir Fransada kifayət qədər nüfuzlu sayılır. Fransa prezidenti Fransua Olland da nahara getməyi planlaşdırır.
Müsəlman liderlər bu qərarı yəhudi liderin gənc müsəlmanları zorakılıqla assosiasiya etməsi ilə bağlı bəyanatından sonra veriblər.
Fransadakı yəhudi icmasının lideri Rocer Sukerman Fransada yəhudilərə qarşı terror aktlarının sayının artması ilə bağlı bəyanat vermişdi. O, bildirmişdi ki, bu hücumların arxasında "müsəlman azlığı" dayanır. Sukerman "islam faşizmi" ifadəsindən də istifadə edib.


Şərhlər