Menu

Zahid Oruc da prezidentliyə namizəd oldu

09.09.2013, 17:24
Zahid Oruc da prezidentliyə namizəd oldu

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Modern.az-ın verdiyi məlumata görə, MSK-nın iclasında deputat Zahid Orucun namizədliyi qeydə alınıb.

İclasda Z.Orucun səlahiyyətli nümayəndələri də qeydə alınıb.

Qeyd edək ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin və Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş partiyanın sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol