Menu

Şahvələd Çobanoğlu yenə istintaqa çağırıldı

24.02.2015, 15:51
Şahvələd Çobanoğlu yenə istintaqa çağırıldı

Bu gün tanınmış yazar Şahvələd Çobanoğlu Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə çağırılıb. Bu barədə “Azadlıq” qəzetinin yazarı Rövşən Hacıyev facebook səhifəsində xəbər verib. Xatırladaq ki, Ş.Çobanoğlu bundan öncə də bir neçə dəfə istintaqa ifadə verib. O, bu barədə açıqlamasında bildirib ki, “adı bilinməyən, bizə yalnız nömrəsi deyilən, vətəndaş cəmiyyətinə və QHT-lərə qarşı aparılan cinayət işinin çərçivəsində məndən ifadə aldılar. Mövzu "AzadlıqRadiosu"ndan mənim hesabıma köçürülən pullar barədə idi. Köçürülmə nəşri çoxdan dayanmış "Fərqli Düşüncə" dərgisinin çapı və yayımı ilə bağlı olub. Hər şey qanuni və şəffafdır”.

Ş.Çobanoğlu daha öncə də sosial şəbəkədəki statuslarında yazıb ki, bütün hallarda "Fərqi Düşüncə"yə (AzadlıqRadiosunun nəzdində dərc edilən qəzet) görə, fərqli düşündüyünə görə ittiham oluna bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol