Menu

Hökumət ehtiyat taxılı satışa çıxardı

24.02.2015, 17:57
Hökumət ehtiyat taxılı satışa çıxardı

Hökumət çörək və çörək məhsullarının satış qiymətinin qalxmaması üçün Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatları satışa çıxarıb.

Bu haqda İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla Turan xəbər yayıb.

Xəbərdə deyilir ki, dövlətin taxıl ehtiyatının maksimal həcmi 750 min tondur.

Ehtiyat taxılRusiyadan və Qazaxıstandan idxal edilib.

2014-cü ildə xaricdən bəyannamə qiyməti 293.9 milyon dollar olan 1 milyon 195.6 min ton buğda alınıb. Bunun 548.1 min tonu Qazaxıstandan, 630.2 min tonu Rusiyadan alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol