Menu

Hüquq müdafiəçisi məhkəməyə aparıldı

25.02.2015, 10:53
Hüquq müdafiəçisi məhkəməyə aparıldı

Onun barəsində həbs qətimkan tədbiri seçilə bilər

Fevralın 24-də saxlanılan və barəsində Cinayət Məcəlləsinin 221.1 - xuliqanlıq maddəsi ilə cinayət işi başladılan tanınmış hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədov bu dəqiqələrdə Göyçay Rayon Məhkəməsinə aparılıb. Bu haqda müsavat.com-a onun yaxınları məlumat verdilər: “Səhərə qədər onu polis şöbəsində saxlayıblar. Səhər məlumat verildi ki, barəsində həbs qət-imkan tədbiri seçilməsi üçün Göyçay Rayon məhkəməsinə aparılacaq, saat 11:00-a məhkəmə təyin edilib. Hazırda onu məhkəməyə gətiriblər. Prezidentin əfv sərəncamı ilə iki il öncə vicdan məhbusu kimi azadlığa buraxılan T.Xasməmmədovun yenidən həbs edilməsi hüquq müdafiəçilərini də narahat edir. Onlar bunun hökumətə ziyanlı olacağı qənaətindədirlər. Siyasi Məhbusların İşləri üzrə Birgə İşçi Qrupun üzvləri yaxın saatlarda bu haqda dövlət rəhbərliyinə məlumat veriləcəyini bildiriblər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol