Əfqanıstanda silahlı bir qrup saxlatdığı avtobusdakı 30 nəfəri qaçırıb. Musavat.com-un məlumatına görə, hadisə Zabul şəhərində baş verib. Yerli mənbələrdən verilən məlumatlara əsasən Zabul şəhərinin Şah Coy rayonunda dünən axşam saatlarında Taliban qruplaşmasının üzvü olduğu ehtimal edilən silahlı dəstə 30 nəfəri naməlum istiqamətə aparıb.
Şah Çoy icra nümayəndəsi hadisənin baş verdiyini təsdiqləyərək bildirib ki, xilasetmə işləri üçün əməliyyatlara başlayıblar. Taliban təşkilatından hələ ki hadisə barədə açıqlama verilməyib.


Şərhlər