Menu

“Onun dərsini verəcəm”- Hacıbaba Əzimov Hadı Rəcəblini hədələdi

09.09.2013, 17:38
“Onun dərsini verəcəm”- Hacıbaba Əzimov Hadı Rəcəblini hədələdi

"Kişiliyi varsa, məni məhkəməyə versin"

“Hacıbaba Əzimov kommunist rejimindən namizədlik və doktorluq işlərini müdafiə etmişdi, sonra gəlib bu rejimin əleyhinə danışırdı. Belə adamdan və adamlardan, əlbəttə, siyasi lider ola bilməz. Bunların heç birində də siyasi liderlik elementləri görmürəm. Danışmaq, boşboğazlıq, intriqalar və sair görürəm belə adamlarda... Amma siyasi lider tamam başqa bir şeydir”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, parlamentin komitə sədri Hadi Rəcəbli istiqlalçı deputat, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun Açıq Cəmiyyət Partiyasının sədrliyinə gətirilə biləcəyi haqda deyilənləri şərh edərkən söyləyib. H.Rəcəbli H.Əzimovu dönük adam da adlandırıb.

H.Rəcəblinin bu ifadələrinə bərk qəzəblənən H.Əzimov virtualaz.org-a açıqlamasında onun ünvanına səsləndirilən bu sözlərə sərt cavab verib. H.Əzimov H.Rəcəblini vətənini, millətini satan yaltaq insan kimi tanıdığını bildirdi. “Bunlar həmişə Heydər Əliyevə yaltaqlıq ediblər. Mən bir dəfə də olsun Heydər Əliyev haqqında müsbət söz deməmişəm. Mənə dəfələrlə xəbər göndərilidi, sifariş olundu ki, bir cümlə deyim. Mən dedim ki, deyə bilmərəm. Amma Heydər Əliyevə hörmətim olub. Qaldı ki Hadı Rəcəbliyə, o, Ələkrəm Hümbətovçudur, onun adamıdır. O, bu millətin düşmənidir. İmkan tapıb seçkiqabağı özünü reklam edir. Onun dərsini daha ciddi şəkildə verəcəm”.

H.Rəcəbli ilə əvvəllər münasibətinin olduğunu deyən H.Əzimov sonradan ona nifrət etdiyini vurğuladı: “Əvvəllər onunla münasibətim olub. Amma sonra gördüm ki, Hadı xəyanətkardır. Azərbaycan dövlətçiliyini satır, Ələkrəmə qoşulub. Ələkrəmin iclasında iştirak etdi, onu müdafiə etdi. Bütün bunları görəndən sonra ona nifrət etdim. Bu günə qədər də onun haqqında öz fikirlərimi deyirəm. Hadı Rəcəbli bu işlərdə dəhşətdir. Hakimiyyətə yaltaqlıq edənlər indi onun yanındadır. Gətirib elələrini deputat edirlər. Mən dövlətinə, millətinə sadiq olan, onu sevən insanam. Çox insan çalışıb ki, mənim haqqımda mənfi bir şey axtarsın. Amma bu mümkün olmayıb. İndi də Hadı Rəcəbli deyir ki, mən dönük çıxmışam. Sən millətinə, dövlətinə, müstəqilliyinə dönük çıxmısan. Onun xəyanəti odur ki, müstəqillik günü çıxdı bütün deputatları, xaqlı aldatdı ki, bu gün iş günü olmalıdır. Amma bütün dünyada müstəqillik günü yüksək səviyyədə qeyd edilir. Bu adam millətinə düşməndir. Dəfələrlə demişəm kişiliyi varsa, məni məhkəməyə versin. Mən Hadıya sübut edim ki, o, bu millətinə düşməndir, separatçıdır, xəyanətkardır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol