Menu

"Xocalıdakı qardaşlarımız yandırılaraq qətlə yetirildi" - Ərdoğan

25.02.2015, 17:53

Erdogan 1Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı faciəsi ilə bağlı başsağlığı verib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Prezident başsağlığında bildirib: "1992-ci ildə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Xocalı şəhərindəki qardaşlarımız yandırılaraq qətlə yetirildi".

R.T.Ərdoğan qeyd edib: "Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk. Allah azərbaycanlı qardaşlarımıza bir daha belə zülm yaşatmasın".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol