Menu

Ağır silahlar təmas xəttindən geri çəkilir

26.02.2015, 16:35

Ukraine-Russian-troopUkrayna tərəfi bu gündən etibarən ağır silahları Donbassdakı təmas xəttindən geri çəkməyə başladığını açıqlayıb. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 12 fevral tarixli Minsk razılaşmalarına uyğun olaraq 100 millimetrlik silah sistemlərinin təmas xəttindən geri çəkilməsinə başlandığını bildirib: “Ağır silahların çəkilməsinə yönələn bu ilk addım ATƏT-in monitorinqi altında həyata keçiriləcək”.

Baş Qərargahdan o da əlavə olunub ki, separatçılar hücuma cəhd göstərsələr, Kiyev ağır silahların geri çəkilməsi qrafikinə dəyişiklik edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol