Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə sakinləri Prezident İlham Əliyevə şikayət məktubu ünvanlyıb. Qəsəbə sakini Bayram Məmmədov tərəfindən bir surəti də "AzPolitika.info"ya göndərilən məktubda deyilir:
"Çox hörmətli Prezident! Biz, hazırda Suraxanı rayonu, Bakı-Aeropert yolunun yol tərəfində 2000-ci ildən salınmış yaşayış massivinin sakinlərindən bir qrupumuz 1999-cu ildə Ulu Öndərin şəxsən qəbulunda olarkən bizə indiki yaşadığımız sahəni yurd yeri salınması haqqında göstəriş verdi. Biz də hər birimizə ayrılmış 400 kv.m. torpaq sahəsi üzərində fərdi ev tikib bu günə kimi yaşamaqda davam edirik. Və Ulu Öndərin bizə qarşı etdiyi əvəzedilməz yaxşılığa, atalıq qayğısına görə həmişə onun siyatəsinə dəstək olmuşuq, indi də onun layiqli davamçısı kimi Sizin dövlətçilik mövqeyinizi müdafiə etməkdəyik.
Cənab prezidet, artıq 15 ildir ki, bir 20 metrlik ( 2km uzunluğu olan) və 31 məhəllədaxili küçədən ibarət olan yaşadığımız massivdə əhali sıxlığının get gedə artamsına baxmayaraq ( 6000 nəfər) bu zonada son illər görülən abadlıq işləri demək olar ki, “0” vəziyyətindədir. Belə ki, məhəllədaxili və Mərkəzi küçələrin palçıqdan və tozdan qurtarması üçün biz sakinlər öz hesabımıza dəfələrlə daş-çınqıl tökdürsək də, ağır tonajlı yük avtomobilləri yolları bərbad günə qoymuşdur. Hələ bu azmış kimi, yeni tikilmiş “Akasiya” şadlıq evinin qarşısındakı küçənin bir hissəsində çala qazılmış və yaxınlığına isə zibil yeşikləri qoyulmuşdur. Ona görə də ya avtomobil, ya da piyada buranı keçə olmur.

Siz həmişə rəsmi çıxışlarınız zamanı qeyd edirsiniz ki, “Biz, başda prezident olmaqla bütün məmurlar xalqın xidmətçiləriyik...” Bu biz sadə insanların ürəyincə olan bir müraciətdir. Təki bu çağırışınızı bizim yerlərdə də nəticə çıxarıb eşidən olaydı. Sizdən xahişimiz budur ki, 15 ildir ki, unudulmuş qəsəbəmizdə yol və səkilərin minimum abadlaşdırılması məsələsinin həllini şəxsi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən hamılıqla minnətdarlığımızı bildiririk".


Şərhlər