Menu

İtaliya Fələsitin dövlətini tanıdı

27.02.2015, 19:33
İtaliya Fələsitin dövlətini tanıdı

Fevralın 27-də İtaliya parlamenti Fələstin dövlətinin tanınması haqqında qərar qəbul edib. Musavat.com-un Reuters-ə istinadən verdiyi xəbərə görə, 300 deputat qərarın lehinə, 45 nəfər əleyhinə səs verib.

Qərar layihəsini parlamentə hakim Demokrat Partiyası təqdim edib. Avropanın bir sıra ekspertləri bildirirlər ki, bu, İtaliya-İsrail münasibətlərinə mənfi təsir edə bilər.

Avropa ölkələrindən Fələstini dövlət kimi ilk tanıyan ölkə İsveç olub.

2012-ci ildə isə BMT Baş Assambleyası Fələstinin dövlət olduğunu rəsmiləşdirib.

Bundan sonra Fransa, İspaniya, Böyük Britaniya və İrlandiya Fələstini müstəqil dövlət kimi tanıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol