Menu

Savçenko quru aclığa keçməyə hazırlaşır

28.02.2015, 00:31
Savçenko quru aclığa keçməyə hazırlaşır

Moskva həbsxanasında saxlanılan ukraynalı pilot, Ali Radanın deputatı, 76 gündür aclıq edən Nadejda Savçenkonun vəkili İlya Novikov müvəkkilinin durumu haqda danışıb. Musavat.com-un UNİNAN-a istinadən verdiyi xəbərə görə, Svçenko quru aclıq elan eləməyə hazırlaşır.

“Nadejda həqiqətən də quru aclığa keçmək barədə düşünür - əgər o qənaətə gəlsə ki, onun müraciətlərini həkimlər eşitmək istəmir. Ancaq hələ ki, bizim bütün təkliflərimizə və addımlarımıza istintaq komitəsindən çox özündən razı şəkildə eşidirik ki, guya onlara hər şey daha aydındır və özləri vəziyyətdən baş açacaqlar” – deyib vəkil.

Vəkilin sözlərinə görə, müvəkkilinin durumu dəyişkəndir və mədəsində güclü ağrılar var. “Alman həkimlərinin bildiriblər ki, Savçenkoda açıq-aşkar öd kisəsi ilə bağlı problemlər özünü göstərməyə başlayıb və yaxın günlərdə böyrək problemləri də baş qaldıra bilər” - əlavə edib o.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol