Menu

Nemtsovun qatillərinin maşını Moskvada tapıldı - Foto

28.02.2015, 17:11
Nemtsovun qatillərinin maşını Moskvada tapıldı - Foto

Moskvanın mərkəzində atılmış avtomobil tapılıb. Belə güman edilir ki, bu maşın dünən gecə qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun qatillərinin hadisə yerindən qaçarkən istifadə etdiyi avtomobildir. Virtualaz.org saytı Rusiya KİV-lərinə istindən xəbər verir ki, həmin maşın metronun “Smolenskaya” stansiyasının yaxınlığındakı binalardan birinin həyətində park edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda maşına baxış keçirirlər.

Onu da qeyd edək ki, fevralın 28-nə keçən gecə 4 güllə vurulmaqla qətlə yetirilən Boris Nemtsov martın 3-də Moskvadakı Troekurovsk qəbiristanlığında dəfn olunacaq. Onunla vida mərasimi həmin gün Moskvadakı Saxarov Mərkəzində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol