Menu

Nemtsovun qatili Şimali Osetiya nömrəli avtomobillə qaçıb

02.03.2015, 10:27

nemtsov-skonchalsja-na-meste_rect_56a07ec45ccba2edd8e09bce155c2e11Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirən killer “VAZ 21102” markalı avtomobillə hadisə yerindən qaçıb. APA-nın xəbərinə görə, bu barədə Kremlə yaxın “LifeNews” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hazırda Moskvanın bütün polis bölmələri və postları bu avtomobilin axtarışına cəlb olunub. Avtomobilin Şimali Osetiya nömrəsi daşıdığı, lakin 2011-ci ildə qeydiyyatdan çıxarıldığı bildirilir. Avtomobilin keçmiş sahibi müəyyənləşdirilib. O, Vladiqafqazda yaşayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol