Menu

ABŞ-dan Rusiyaya son xəbərdarlıq -  "...Nəticələr qaçılmaz olacaq"

02.03.2015, 17:18
ABŞ-dan Rusiyaya son xəbərdarlıq -  "...Nəticələr qaçılmaz olacaq"

Minsk anlaşmaları yerinə yetirilməsə, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla keçirdiyi brifinqdə ABŞ dövlət katibi Con Kerri çıxış edib.

“Bir daha Rusiya liderləri və separatçılar tərəfindən Minsk anlaşmalarının Debaltsevo, Mariupol ətrafındakı rayon və digər strateji yerlərdə yerinə yetirilməsinin vacibliyini önə çəkdim. Həmçinin qeyd etdim ki, bu baş verməsə, Rusiya iqtisadiyyatına təsir edəcək nəticələr qaçılmaz olacaq”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol