Menu

"Bandotdel" Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var

03.03.2015, 12:02
"Bandotdel" Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var

Saxlanılanlar Gürcüstan vətəndaşıdır

Bakının məşhur ticarət mərkəzindən oğurluq edən şəxslər həbs edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu il yanvar ayının 22-də Nəsimi rayonu ərazisindəki “Moskva” ticarət mərkəzində Bakı şəhər sakini Kifayət Quliyevaya məxsus qızıl şöbəsindən qızıl əşyalar oğurlanıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Renat Qasanov və Elvar Novruzov tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol