Menu

Azərbaycan qırıcıları Türkiyə səmasında

03.03.2015, 16:05
Azərbaycan qırıcıları Türkiyə səmasında

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 6 qırıcı və 106 nəfərlik şəxsi heyət Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konyada “TURAZ Şahini-2015” adlı təlimlərdə iştirak edəcək.

"Trend"-in Türkiyənin "Radikal" qəzetinə istinadən verdiyi məlumata görə, hərbi hava təlimlərində MiQ-29 və F-16 qırıcı təyyarələri iştirak edəcək.

Hərbi təlimlərin bu gündən başlayaraq aprelin 2-dək davam edəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol