Menu

Yuliya Timoşenko Ukrayna xalqını üsyana çağırıb

11.12.2013, 18:33
Yuliya Timoşenko Ukrayna xalqını üsyana çağırıb

Hazırda həbsdə olan Ukraynanın sabiq baş naziri, “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko xalqı üsyana çağırıb.

APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, Y. Timoşenko həbsxanadan göndərdiyi məktubunda bütün ukraynalıları Viktor Yanukoviç hakimiyyətinə qarşı üsyana qalxmağa səsləyib: “Dəyənəklə dinc insanlara endirilən hər zərbə bütün Ukrayna xalqının sifətinə vurulan zərbədir. Yanukoviçin zorakılığı həyatımızın normasına çevirməsinə imkan verməyin! Mən hər ukraynalıya müraciət edirəm: üsyan edin!”

Y. Timoşenko müxalifəti hakimiyyətlə danışıqlara getməməyə çağırıb: “Banda ilə heç bir danışığa, heç bir dəyirmi masaya getmək olmaz. Yanukoviç və ətrafı gecikmədən, təcili şəkildə istefaya getməlidir. Ukraynaya eşq olsun!”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol