Menu

Qərb Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

04.03.2015, 01:27
Qərb Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ və bir sıra Qərbi Avropa dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə hazır olduqlarını bildirib. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkelin aparatından bildirilib.

“Tərəflər sanksiyalarla Minsk anlaşmasının yerinə yetirilməsi arasında sıx əlaqə olduğunu qeyd ediblər. Bu, o deməkdir ki, sanksiyaların götürülməsi yalnız Minsk anlaşmasının tam yerinə yetiriləcəyi halda mümkündür. Eyni zamanda o da qeyd edilib ki, vəziyyətin yenidən gərginləşəcəyi təqdirdə tərəflər yeni sanksiyaların tətbiqinə hazır olacaqlar” – açıqlamada qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol