Menu

General məxfi məlumatları sevgilisinə ötürürmüş

04.03.2015, 08:37
General məxfi məlumatları sevgilisinə ötürürmüş

İdarəsinin keçmiş direktoru Devid Petreus “məxfi materiallardan lazımi qaydada istifadə etməməkdə” təqsirli olduğunu etiraf edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.

MKİ-nin sabiq rəhbəri məxfi məlumatları o zaman yaxın münasibətlərdə olduğu “New York Times” nəşrinin jurnalisti Paula Broudelə ötürdüyünü etiraf edib.

Qeyd edək ki, general Petreusun Broudel ilə münasibətləri ictimaiyyətə bəlli olduqdan sonra o, 2012-ci ildə vəzifəsindən istefa verib.

“New York Times” məlumat verir ki, istintaqla əməkdaşlıq etdiyinə görə, Petreus barəsində məhkəmə prosesi keçirilməyəcək.

General Devid Petreus Əfqanıstanda və İraqda ABŞ qüvvələrinə komandanlıq edib, 2011-ci ildə isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol